PSJ-nin yarımmüdafiəçisi "Beşiktaş"da

23:05 - 13 Avqust 2024

Türkiyənin "Beşiktaş" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-dən Şer Nduru icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı dayaq yarımmüdafiəçisi 2024/2025 mövsümünü "Beşiktaş"ın heyətində keçirəcək. 20 yaşlı futbolçu "qara qartallar"ın heyətində 73 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, PSJ Şer Nduru ötən ilin yayında "Benfika"dan transfer edib. İtaliya U-21 millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Braqa"nın formasını geyinib. 

Xəbər xətti