"Roma"nın futboloçusu Paulo Dibala karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Əl-Kadisiya" klubu argentinalı hücumçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Ərəblər 30 yaşlı forvardla 3 illik müqavilə ilə bağlı şəxsi şərtləri razılaşdırıb. "Əl-Kasidiya" rəsmiləri İtaliya klubu ilə danışıqları davam etdirir.
Qeyd edək ki, Paulo Dibala 2022-ci ilin yayından "Roma"da çıxış edir. Argentina millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçunun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi