Yeni mövsümdə İngiltərə Premyer Liqasında iştirak edəcək "İpsviç Taun" yarımmüdafiə xəttini gücləndirib.
Sportal.az xəbər verir ki, "mavilər" "Mançester Siti"dən Kalvin Filipsi icarəyə götürüb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərəli futbolçu artıq yeni klubu üçün tibbi müayinədən keçib. 28 yaşlı dayaq yarımmüdafiəçisi 2024/2025 mövsümündə "İpsviç Taun"un heyətində çıxış edəcək.
Qeyd edək ki, "Mançester Siti" Kalvin Filipsi 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. İngiltərə millisinin üzvü son mövsümün ikinci yarısını icarə əsasında "Vest Hem"də keçirib.
saytlarin hazirlanmasi