"Qarabağ"ın sabiq futbolçusu 8 milyon avroya La Liqa klubuna keçdi - RƏSMİ

12:52 - 16 Avqust 2024

"Qarabağ"ın sabiq futbolçusu Boyan Miovski karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Jirona" 25 yaşlı forvardı"Aberdin"dən transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqa təmsilçisi şimali makedoniyalı forvard üçün Şotlandiya klubuna 8 milyon avro təzminat ödəyib. Miovski "Jirona" ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Boyan Miovski 2017/2018 mövsümünün birinci yarısını "Qarabağ"ın U-19 komandasının heyətində keçirib. Şimali Makedoniya millisinin üzvü Ağdam təmsilçisinin heyətində UEFA Gənclər Liqasında 3 rəsmi matçda meydana çıxıb.


Xəbər xətti