"Fənərbaxça" performansı ilə baş məşqçi Joze Mourinyonun etimadını qazana bilməyən Levent Mercanla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi türk müdafiəçini icarəyə verəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.
Super Liqanın debütantı "Bodrum" 23 yaşlı futbolçunu bir mövsümlük icarəyə götürmək istəyir. "Ağ-yaşıllar" sol cinah müdafiəçisi üçün onun klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Fənərbaxça" Levent Mercanı bu ilin oyul ayında "Fatih Karagümrük"dən transfer edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi