"Qalatasaray" "Monako"nun futbolçusunu transfer etmək istəyir

15:51 - 18 Avqust 2024

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Monako"da çıxış edən İsmail Yakobsu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Əsas mövqeyi sol cinah müdafiəçisi olan seneqallı futbolçu vinger kimi də çıxış edir. "Qalatasaray"ın baş məşqçisi Okan Buruk universallığına görə 25 yaşlı oyunçunu komandasında görmək istəyir.

"Sarı-qırmızılar"ın afrikalı müdafiəçi üçün Fransa klubu ilə danışıqlara başlayacağı bildirilir.

Qeyd edə ki, "Monako" İsmail Yakobsu 2021-ci ilin yayında "Kpln"dən transfer edib. Seneqal millisinin üzvü "knyazlıq" təmsilçisinin heyətində meydana çıxdığı 104 rəsmi matçda 1 qol və 8n məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti