"Fənərbaxça"nın müdafiəçisi Rodriqo Bekan yenidən İtaliyaya qayıda bilər.
Sportal.az xəbərverir ki, "Atalanta" brazliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Tuttospor" nəşri məlumat yayıb.
A Seriyasə təmsilçisinin baş məşqçisi Can Pyerro Qasperini 28 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır. "Atalanta" yaxın günlərdə Türkiyə klubuna rəsmi təkliflə müraciət edəcək.
Qeyd edək k, "Fənərbaxça" Rodriqo Bekanı ötən ilin yayında "Udineze"dən transfer edib. Təcrübəli oyunçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi