"Barselona"nın futbolçusu İlkay Gündoğan komandadan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, Almaniya millisinin üzvü yenidən "Mançester Siti"yə qayıtmağa yaxındır. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
İngiltərə klubu sabiq oyunçusunu heyətinə qatmaqda maraqlıdır.
Qeyd edək ki, İlkay Gündoğan 2023-cü ilin yayında "Mançester Siti" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Barselona"ya keçmişdi. 33 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 5 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulur.
saytlarin hazirlanmasi