"Lester Siti"dən 30 milyon funt-sterlinqlik transfer - RƏSMİ

18:48 - 19 Avqust 2024

İngiltərə Premyer Liqasına vəsiqə qazanan "Lester Siti" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, "tülkülər" "Tottenhem"dən Oliver Skippi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Lester Siti" ingilis dayaq yarımmüdafiəçisi üçün London klubuna 25+5 milyon funt-sterlinq təzminat ödəyəcək. 23 yaşlı futbolçu yeni klubu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Oliver Skipp "Tottenhem"in yetirməsidir. İngiltərə U-21 millisinin sabiq üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 24 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti