"Fənərbaxça"nın futbolçusu Migel Krespo İstanbulda klubunu dəyişib.
Sportal.az xəbər verir ki, "Başakşehir" portuqaliyalı yarımmüdafiəçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Super Liqa təmsilçisi dayaq yarımmüdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Fənərbaxça" Migel Kresponu 2021-ci ilin avqust ayında Portuqaliyanın "Eştoril" klubundan transfer etmişdi. 27 yaşlı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Rayo Valyekano"da keçirib.
saytlarin hazirlanmasi