Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyə yaxındır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Çelsi"dən Angelo Qabrieli transfer etməyi planlaşdırır. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Beşiktaş"ın 19 yaşlı vingerin keçidi ilə bağlı London klubu ilə razılıq əldə etdiyi bildirilir. Gənc oyunçu bu həftə İstanbula gedəcək.
Qeyd edək ki, "Çelsi" Angelo Qabrieli ötən ilin yayında "Santos"dan transfer edib. Braziliyalı futbolçu transfer edildikdən sonra "Strasburq"a icarəyə verilib.
saytlarin hazirlanmasi