"Yuventus"un müdafiəçisi "Ayaks"da

19:59 - 19 Avqust 2024

"Yuventus"un futbolçusu Daniele Ruqani karyerasını Niderlandda davam etdirəcək.

Sportal.az xəbər verir ki, italyan müdafiəçi "Ayaks"a keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

30 yaşlı futbolçu artıq tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Amsterdama gedib.

Qeyd edək ki, "Yuventus" Daniele Ruqanini 2012-ci ilin yayında "Empoli"nin akademiyasından transfer edib. İtaliya millisinin üzvü ötən mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti