Fransanın "Monako" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi PSV-dən Cordan Tezeni rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Knyazlıq" klubu niderlandlı sağ cinah müdafiəçisi üçün 12 milyon avro təzminat ödəyib. 24 yaşlı arxa xətt oyunçusu "Monako" ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Cordan Teze PSV-nin yetirməsidir. Niderland millisinin üzvü Eyndhoven təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 189 rəsmi matçda 4 qol və 4 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi