"Beşiktaş"ın futbolçusu cekson Muleka karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Əl-Xulud" konqolu hücumçunu icarətə götürüb. Ərəblər Türkiyə klubuna 1 milyon avro icarə haqqı ödəyəcək.
"Əl-Xulud" 1,5 milyon avro ödəməklə 24 yaşlı forvardı transfer etmək hüququna sahibdir.
Qeyd edək ki, "Beşiktaş" Cekson Mulekanı 2022-ci ilin yayında Belçikanın "Standard" klubundan transfer edib. Konqo millisinin üzvü "Qara qartallar"ın heyətində meydana çıxdığı 80 rəsmi matçda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi