İtaliyanın "Yuventus" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Milan"dan Pyerr Kalulunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı mərkəz müdafiəçisi 2024/2025 mövsümünü icarə əsasında "Milan"da keçirəcək.
Qeyd edək ki, "Milan" Pyerr Kalulunu 2020-ci ilin sentyabr ayında "Lion"dan transfer edib. 24 yaşlı futbolçu ötən mövsüm A Seriyası təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi