"Barselona"nın futbolçusu İlkay Gündoğan yenidən İngiltərəyə qayıdıb.
Sportal.az xəbər verir ki, "Mançester Siti" türk əsilli yarımmüdafiəçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı orta xətt oyunçusu sabiq klubu ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, İlkay Gündoğan ötən ilin yayında "Mançester Siti" ilə müqaviləsi bitdikdən sonra azad agent statusu ilə "Barselona"ya keçmişdi. Təcrübəli yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 5 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi