İspaniyanın "Barselona" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "Jirona"dan pau Viktoru transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspan forvardla 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Pau Viktor "Jirona"nın yetirməsidir. 22 yaşlı hücumçu ötən mövsüm icarə əsasında "Barselona"nın B komandasında çıxış edib.