Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi "Fənərbaxça"da çıxış edən Rayan Kenti transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İngiltərəli vinger Xorvatiya klubunun təklifini qəbul etməyib. 27 yaşlı futbolçu İstanbul təmsilçisində qalmaq istədiyini bildirib.
Qeyd edək ki, "Qarabağ" səfərdə keçirilən oyunda "Dinamo"ya 0:3 hesabı ilə məğlub olub. Komandalar arasında cavab görüşü isə 28 avqust tarixində Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi