"Barselona" hücumçusu Vitor Rokeni icarəyə verib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı futbolçunu "Betis"ə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı forvard 2024/2025 mövsümünü icarə əsasında La Liqa təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Barseloan" Vitor Rokeni bu ilin yanvar ayında "Atletiko Paranaense"dən 40 milyon avroya transfer edib. Gənc hücumçu komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol vurub. Onun klubla müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi