İtaliya millisinin üzvü "Barselona"ya keçir

17:17 - 26 Avqust 2024

"Yuventus"un futbolçusu Federiko Kyeza karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Barselona" italyan vingerin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə "Tuttosport" məlumat yayıb.

İspaniya klubu 26 yaşlı ön xətt oyunçusu üçün onun klubu ilə 12 milyon avro qarşılığında razılıq əldə edib.

Qeyd edək ki, "Yuventus" Federiko Kyezanı 2020-ci ilin oktyabr ayında "Fiorentina"dan transfer edib. İtaliya millisinin üzvü Turin təmsilçisinin heyətində keçirdiyi 131 rəsmi matçda 32 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti