"Real"ın sabiq futbolçusu Xames Rodriqes yenidən İspaniya La Liqasında çıxış edəcək.
Sportal.az xəbər verir ki, "Rayo Valyekano" kolumbiyalı hücumameyilli yarımmüdafiəçini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
La Liqa təmsilçisi 33 yaşlı ön xətt oyunçusu ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Xames Rodriqesin son klubu Braziliyada "San Paulo" olub.
saytlarin hazirlanmasi