Almaniya millisinin sabiq üzvü La Liqada oynaya bilər

19:50 - 26 Avqust 2024

Dortmund "Borussiya"sından ayrılan Mats Hummels karyerasını İspaniyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real Sosyedad" alman müdafiəçini komandaya cəlb etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

La Liqa təmsilçisi 35 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlara başlayıb və ona müqavilə təklif edib.

Qeyd edək ki, Mats Hummels 2008-2016 və 2019-22024-cü illərdə "Borussiya"da çıxış edib. Almaniya millisinin sabiq üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 508 rəsmi matçda 38 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti