İngiltərənin "Brayton" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Seltik"dən Mett O Raylini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xədməti məlumat yayıb.
"Brayton" danimarkalı yarımmüdafiəçi üçün şotlandiya klubuna 30 milyon avro təzminat ödəyib. "Qağayılar" 23 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Seltik" Mett O Raylini 2022-ci ilin yanvar ayında İngiltərənin "Milton Keyns Dons" klubundan transfer etmişdi. Danimarka millisinin üzvü Şotlandiya təmsilçisinin heyətində keçirdiyi 124 rəsmi matçda 27 qol və 25 məhsuldar ötürmə iıə yadda qalıb.
saytlarin hazirlanmasi