"Brentford"un hücumçusu Ayven Touni karyerasını Səudiyyə Ərəbistanıbda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Əl-Əhli" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Ərəblər 28 yaşlı forvardla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Touni "Əl_əhli"nin 3 il üçün ümumilikdə 60 milyon avroluq maaş təklifini qəbul edib.
Klublar arasında danışıqlar davam edir. Razılıq əldə olsunsa, İngiltərə millisinin üzvünün transferi rəsmi olaraq açıqlanacaq.
Qeyd edək ki, Ayven Touni 2020ci ilin sentyabr ayından "Brentford"da çıxış edir. Onun klubla müqaviləsi2025-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi