İtaliyanın "Yuventus" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Portu"dan Fransisko Konceyçaonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı vinger 2024/2025 mövsümünün sonuna kimi "Yuventus"un formasını geyinəcək.
Qeyd edək ki, Fransisko Konceyçao 2018-ci ilin yayında "Portu"nun akademiyasına cəlb olunub. 21 yaşlı futbolçu "əjdahalar"ın əsas komandasının heyətində meydana çıxdığı 93 rəsmi matçda 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi