"Arsenal"ın yarımmüdafiəçisi "Portu"da - RƏSMİ

18:23 - 27 Avqust 2024

"Arsenal" hücumameyilli yarımmüdafiəçi Fabio Vieyranı icarəyə verib.

Sportal.az xəbər verir ki, London təmsilçisi portuqaliyalı futbolçunu "Portu"ya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı ön xətt oyunçusu 2024/2025 mövsümünü Portuqaliya klubunun heyətində keçirəcək.

Qeyd edək ki, "Arsenal" Fabio Vieyranu 2022-ci ilin yayında məhz "Portu"dan transfer etmişdi. Futbolçu London təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına kimidir.

Xəbər xətti