İngiltərə millisinin sabiq üzvü İstanbul klubunda

21:12 - 27 Avqust 2024

Türkiyə Super Liqasının debütantı "Eyüpspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi son mövsümü "Rizespor"da keçirmiş Conco Şelvini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Eyüpspor" İngiltərə milli komandasının sabiq üzvü ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Conco Şeyvi ötən ilin sentyabr ayında "Nottingem Forest"dən "Rizespor"a keçmişdi. 32 yaşlı yarımmüdafiəçi Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti