"Valensiya"nın qapıçısı Giorgi Mamardaşvili karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Liverpul" gürcü qolkiperi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu 2025-ci ilin yayında "Liverpul"a qoşulacaq.

Qeyd edək ki, "Valensiya" Giorgi Mamardaşvilini 2021-ci ilin yayında Tbilisi "Dinamo"sundan transfer edib.