"Milan" fransalı futbolçunu icarəyə verdi

17:50 - 28 Avqust 2024

İtaliyanın "Fiorentina" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Florensiya təmsilçisi "Milan"dan Yasin Adlini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bənövşəyilə" 24 yaşlı dayaq yarımmüdafiəçisi üçün onun klubuna 1,5 milyon avro icarə haqqı ödəyib. "Fiorentina" 10,5 milyon avroya futbolçunun transfer hüququna yiələnə bilər.

Qeyd edək ki, "Milan" Yasin Adlini 2021-ci ilin yayında "Bordo"dan transfer edib. Fransa U-20 millisinin sabiq üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti