İtaliyanın "Napoli" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Neapol təmsilçisi "Çelsi"dən Romelu Lukakunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Napoli" belçikalı hücumçu üçün İngiltərə klubuna 30 milyon avro təzminat ödəyib. 31 yaşlı forvard Neapol təmsilçisi 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Romelu Lukaku ötən mövsüm icarə əsasında "Roma"da çıxış edib. Belçika millisinin üzvü paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 21 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi