Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Fiorentina"dan Sofyan Amrabatı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mərakeşli yarımmüdafiəçi 2024/2025 mövsümündə "Fənərbaxça"nın uğurları üçün çalışacaq.
Qeyd edək ki, "Fiorentina" Sofyan Amrabatı 2020-ci ilin yanvar ayında "Verona"dan transfer edib. 28 yaşlı dayaq yarımmüdafiəçisi ötən mövsüm icarə əsasında "Mançester Yunayted"də çıxış edib.
saytlarin hazirlanmasi