"Qalatasaray"ın müdafiəçisi Almaniya klubuna keçdi - RƏSMİ

21:33 - 30 Avqust 2024

Türkiyənin "Qalatasaray" klubu müdafiəçi Derrik Köhnü icarəyə verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi almaniyalı futbolçunu "Verder"ə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı sol cinah müdafiəçisi 2024/2025 mövsümünü Bundesliqa təmsilçisinin heyətində keçirəcək.

"Verder" Türkiyə klubuna 400 min avro icarə haqqı ödəyəcək. Bremen təmsilçisi 5 milyon avro ödəməklə futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, "Qalatasaray" Derrik Köhnü bu ilin yanvar ayında "Hanover"dən transfer edib.

Xəbər xətti