İtaliyanın "Napoli" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Neapol təmsilçisi "Mançester Yunayted"dən Skott Maktomineyi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Napoli" şotlandiyalı yarımmüdafiəçi üçün İngiltərə klubuna 30 milyon avro təzminat ödəyib. 27 yaşlı oyunçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Skott Maktominey "Mançester Yunayted"in yetirməsidir. Şotlandiya millisinin üzvü "qırmızı şeytanlar"ın əsas komandasının heyətində meydana çıxdığı 255 rəsmi matçda 29 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi