İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi PSJ-dən Manuel Uqarteni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qırmızı şeytanlar" uruqvaylı yarımmüdafiəçi üçün Fransa klubuna 50 milyon avro təzminat ödəyib. 23 yaşlı futbolçu "Mançester Yunayted"lə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, PSJ Manuel Uqarteni ötən ilin yayında "Sportinq"dən transfer etmişdi.
saytlarin hazirlanmasi