Serbiyanın "Partizan" klubunun hücumçusu Mateus Saldanya klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçunun karyerasını Macarıstanda davam etdirəcəyi bildirilir. Bu barədə "Mozzartsport" məlumat yayıb.
Saldanya "Ferentsvaroş"a keçəcək. 25 yaşlı forvardın transfer ilə bağlı klublar arasında razılıq əldə olunub.
Qeyd edək ki, mateus Saldanya 2023/2024 mövsümünün ikinci yarısında "Neftçi"də çıxış edib. "Sambaçı" Bakı təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi