Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyə yaxındır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Napoli"də çıxış edən Viktor Osimhenin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Qalatasaray" nigeriyalı hücumçunu bir mövsümlük icarəyə götürəcək. 25 yaşlı forvard "sarı-qırmızılar"ın təklifini qəbul edib. "Qalatasaray" rəsmiləri transferi bitirmək üçün Neapola yola düşüb.
Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm "Napoli"nin heyətində meydana çıxdığı 31 rəsmi matçda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi