"Əl-İttihad" heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi PSJ-dən Danilo Pereyranı transfer edib. Bu barədə insayder Fabritsio Romanı məlumat yayıb.
Ərəblər portuqaliyalı dayaq yarımmüdafiəçisi üçün Fransa klubuna 5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, PSJ Danilo Pereyranı 2020-ci ilin oktyabr ayında "Portu"dan transfer edib. 32 yaşlı futbolçu Paris təmsilçisinin heyətində meydana çıxdığı 157 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi