"Leypziq"in müdafiəçisi Mohamed Simakan karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sportal.az xəbər verir ki, fransalı futbolçu "Əl-Nəssr"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı mərkəz müdafiəçisi "Əl-Nəssr"lə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Ərəblər bu keçid üçün Almaniya klubuna 45 milyon avro təzminat ödəyib.
saytlarin hazirlanmasi