Səudiyyə ərəbistnının "Əl-Hilal" klubu hücum xəttini yeni oyunçu ilə güclənidirib.
Sportal.az xəbər verir ki, son ölkə çempionu "Benfika"dan Markos Leonardonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ərəblər braziliyalı forvard üçün Portuqaliya klubuna 40 milyon avro təzminat ödəyib. 21 yaşlı hücumçu "Əl-Hilal"la 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Benfika" Markos Leandronu bu ilin yanvar ayında "Santos"dan transfer etmişdi. Braziliya U-23 millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi