"Fənərbaxça"dan ayrıldı, Braziliya klubuna keçdi

16:44 - 3 Sentyabr 2024

Türkiyənin "Fənərbaxça" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Luan Pereslə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı mərkəz müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək. 30 yaşlı futbolçu "Santos"a keçib.

Qeyd edək ki, "Fənərbaxça" Luan Peresi 2022-ci ilin yayında "Marsel"dən transfer etmişdi. Təcrübəli oyunçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti