"Borussiya"dan ayrılan Mats Hummels karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" alman müdafiəçini transfer etmək istəyir. Bu barədə Corriere dello Sport" nəşri məlumat yayıb.
İstanbul nəhəngi azad agent statusunda olan 35 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Mats Hummels 2008-2016 və 2019-22024-cü illərdə "Borussiya"da çıxış edib. Almaniya millisinin sabiq üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 508 rəsmi matçda 38 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi