"Sevilya"nı Meksika klubuna dəyişdi

19:21 - 3 Sentyabr 2024

"Sevilya"nın futbolçusu Lukas Okampos karyerasını Meksikada davam etdirəcək.

Sportal.az xəbər verir ki, argentinalı vinger "Monterrey"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı ön xətt oyunçusu yeni klubu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Monterrey" təcrübəli futbolçu üçün İspaniya klubuna 7 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, "Sevilya" Lukas Okamposu 2019-cu ilin yayında "Marsel"dən transfer etmişdi. Argentina millisinin üzvü Əndəlus təmsilçisinin heyətində keçirdiyi 208 rəsmi matçda 44 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti