Portuqaliya millisinin üzvü "Beşiktaş"da

19:52 - 3 Sentyabr 2024

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Benfika"dan Joao Marionu transfer edib.

Portuqaliyalı yarımmüdafiəçi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İstanbula gedib. "Beşiktaş" 33 yaşlı orta xətt oyunçusu üçün onun klubuna 3 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Benfika" Joao Marionu 2021-ci ilin yayında "İnter"dən transfer edib. Portuqaliya millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 149 rəsmi matçda 36 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti