"Yuventus"un müdafiəçisi Tiaqu Djalo karyerasını Portuqaliyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Portu" 24 yaşlı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı müdafiəçi 2024/2025 mövsümündə ölkəsində çıxış edəcək.
Qeyd edək ki, "Yuventus" Tiaqu Djalonu bu ilin yanvar ayında "Lill"dən transfer edib. Portuqaliya millisinin üzvü Turin təmsilçisinin heyətində 1 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi