"Çelsi"nin müdafiçisi Ben Çiluel karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, baş məşqçi Enzo mareskanın heyətdə düşünmədiyi ingilis futbolçunu "Fənərbaxça" icarəyə götürmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İstanbul təmsilçisi Çiluel üçün Premyer Liqa klubu ilə danışıqlara başlayıb. "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo 27 yaşlı sol cinah müdafiəçisinin xidmətində maraqlıdır.
Qeyd edək ki, "Çelsi" Ben Çilueli 2020-ci ilin yayında "Lester Siti"dən transfer edib. İngiltərə millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 106 rəsmi matçda 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.Onun klubla müqaviləsi 2027-ci ilin iyul ayına kimidir.
saytlarin hazirlanmasi