"Yuventus"dan ayrılan Adrien Rabyo karyerasını Səudiyyə ərəbistnında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Əl-Nəsr" fransalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "Corriere Dello Sport" nəşri məlumat yayıb.
Ərəblər 29 yaşlı futbolçuya illik 20 milyon avro maaş təklif edib. "Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldo Robyonun komandaya gəlməsi üçün çalışır.
Qeyd edək ki, Adrien Rabyo 2019-2024-cü illərdə "Yuventus"da çıxış edib.
saytlarin hazirlanmasi