"Real" "Mançester Siti"nin futbolçusunu transfer etmək istəyir

20:57 - 4 Sentyabr 2024

"Mançester Siti"nin futbolçusu Rodri karyerasını yenidən İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" ispan yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə AS nəşri məlumat yayıb.

Madrid təmsilçisinin gələn ilin yay transfer pəncərəsi üçün əsas hədəfi Rodridir. "Real" 28 yaşlı orta xətt oyunçusu üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Mançester Siti" Rodrini 2019-cu ilin yayında "Atletiko"dan transfer edib.

Xəbər xətti