Bu gün milli komandamız İsveçə qarşı matça çıxacaq. Oyunu da futbolumuzun məbədi sayılan Tofiq Bəhramova salıblar. Azarkeşlər üçün münasib məkan. Camaat bura gəlib-getməyə daha çox alışıb, nəinki digər stadionlara.
Di gəl ki, indiyədək cəmi 9 mindən bir az çox bilet satılıb. Oyuna qədər bəlkə də, 12-13 minə çatar satılan biletləri sayı. Amma bu da çox azdır. 31,200 nəfər tamaşaçı tutumuna malik stadionun 2/3 hissəsi boş qalacaq...
Vaxt var idi Tofiq Bəhramovda "iynə atanda yerə düşmürdü". Pulsuz içəri keçən kim, ayaq üstə baxanı, pilləkəndə oturanı... Haradadı o günlər...
AFFA milləti futboldan necə küsdürübsə, stadiona gəlməkdə həvəsli deyil camaat.
Boş tribunalar futbolçulara, futbolçular da boş tribunalara baxır.
AFFA qapı-qapı, küçə-küçə düşüb azarkeşləri stadionlara qaytarmalıdır. Mütləq şəkildə nəticələr də yaxşılaşmalıdır ki, millətin milliyə inamı yaransın. Əks halda bu mənzərəyə hələ çox şahidlik etməli olacağıq.
Həmid
saytlarin hazirlanmasi