"Qalatasaray"dan ayrılan Serjio Oliveyranın yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.
Oliveyra "Olimpiakos"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Olimpiakos" Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən biridir. "Olimpiakos" - "Qarabağ" görüşü 2025-ci il yanvarın 30-da Pireydə keçiriləcək.
saytlarin hazirlanmasi