İspaniya milli komandasının sabiq üzvü Xuan Matanın yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi karyerasını Avstraliyada davam etdirəcək.
Təcrübəli futbolçu "Uestern Sidney Uonderers"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan oyunçu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Xuan Mata son olaraq Yaponiyada "Vissel Kobe"də çıxış edib. Ulduz futbolçu bu ilin fevral ayından klubsuz idi.
saytlarin hazirlanmasi